| "Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" Кonfrans keçirmişdir. |
|
|
|
|
17 may 2010-cu il
27 may 2010-cu il tarixdə Bakı şəhərində "Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Konfransda beynəlxalq maliyyə əməkdaşlığı perspektivləri və maliyyə-bank sistemlərinin inteqrasiyasında maliyyə mərkəzlərinin rolu müzakirə olunacaq. Konfransın məruzəçiləri sırasında 1999-cu ildə iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı, Kolumbiya Universitetinin professoru cənab Robert A. Mandel də yer almışdır. Konfransın ardınca - 28 may 2010-cu il tarixində isə Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin illik yığıncağı keçiriləcək. Hər iki tədbirə Avropa Banklar Federasiyasına üzv assosiasiyaların prezidentləri, həmin ölkələrdə fəaliyyət göstərən iri bankların, maliyyə strukturlarının nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı, QKDK, yerli bankların və digər maliyyə təşkilatlarının rəhbər şəxsləri dəvət ediliblər.
|







