Home Xəbərlər ABA-nın Ekspert Gruplarının İclasları
ABA-nın Ekspert Gruplarının İclasları PDF faylını al Çap E-poçt

19 sentyabr 2009-cu il.


Qeyd edilən qruplardan birincisi yaxın zamanlarda hərracların keçirilməsini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər layihəsinin hazırlanmasına dair işi yekunlaşdırmağı planlaşdırır. Nəzərinizə çatdırmaq istəyirik ki, ABA-nın Hüququ məsələlər üzrə Ekspert Qrupu cari ilin ortalarında ABA Rəyasət heyətinə “İpoteka haqqında” AR Qanununa dəyişiklər layihəsini təqdim etmişdi. Layihə Rəyasət heyəti tərəfindən təsdiq edildikdən sonra ABA İcra aparatı Milli Bankla müvafiq məsləhətləşmələr aparmışdır. Hazırda qeyd edilən layihəyə Milli Məclis İqtisadi Siyasət üzrə Daimi Komissiyası tərəfindən baxılır.

Hazırda ödəniş sistemlərinin təkmilləşdirilməsi üzrə Ekspert qrupu plastik kartlara dair xüsusi maarifləndirici video-çarxın layihəsinin hazırlanması üzərində çalışır. Bu layihənin məqsədi geniş əhali kütləsinə məişətdə plastik kartlardan istifadənin (mağazalarda ödənişlər zamanı, kommunal xidmətlərin haqqının ödənilməsində və s.) üstünlüklərini barədə sadə və anlaşılan formada məlumat verməkdir. Ekspertlər video-çarxı cari ilin sonuna qədər hazırlamağı planlaşdırırlar. Bu mərhələdə video-çarxın tutumu və müvafiq reklam agentliklərinin seçilməsinə dair müzakirələr aparılır.

 

 
Bəner