Home Xəbərlər Mərkəzi Bankın 20 illik yubiley tədbirləri çərçivəsində daha bir dəyirmi masa təşkil edilib
Mərkəzi Bankın 20 illik yubiley tədbirləri çərçivəsində daha bir dəyirmi masa təşkil edilib PDF faylını al Çap E-poçt

Tədbir “Post-krizis dövründə monetar və makroprudensial siyasətin dizaynı” mövzusu üzrə keçirilib.

 

Mərkəzi Bankın Təqdqiqatlar və İnkişaf Mərkəzində qurumun 20 illik yubiley tədbirləri çərçivəsində gənc iqtisadçı alimlərin iştirakı ilə “Post-krizis dövründə monetar və makroprudensial siyasətin dizaynı”  mövzusunda ikinci dəyirmi masa keçirilib.

Tədbirin giriş nitqində qeyd olunub ki, Mərkəzi Bank həm qlobal miqyasda, həm də ölkə səviyyəsində baş verən dəyişiklikləri daim izləyən gənc iqtisadçı alimlər ilə fikir mübadiləsi aparmağa böyük önəm verir.

Sonra mövzu ilə bağlı təqdimat keçirilib. Təqdimatın nəticəsi kimi müzakirəyə təqdim olunan suallar ətrafında fikir mübadilələri aparılıb.

İştirakçılar maliyyə sabitliyi ilə bağlı dünyada və Mərkəzi Bankda görülən tədbirlərin xüsusiyyəti, qlobal miqyasda maliyyə sabitliyinin makroiqtisadi siyasətin mühüm və yeni bir istiqamətinə çevrilməsi məsələləri ətrafında müzakirələr aparıblar.

 
Bəner
Banklar ve Biznes
Biznes və Bank sahəsində peşəkar informasiya portalı və onlayn bələdçi