| Dekabrın 1-ə bankomatların sayı 2 104, POS-terminalların sayı isə 12 778 ədəd olub |
|
|
|
|
Mərkəzi Bankın mətbuat xidmətinin verdiyi məlumatda dekabr ayının 1-ə ölkə üzrə bankomatların sayının 2 104 ədəd təşkil etdiyi və bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 ədəd çox olduğu bildirilir. Bankomatların 1 166-sı Bakı şəhərində, 938-i isə digər şəhər və rayonlarda yerləşir. Hesabat dövrünə POS-terminalların sayı 12 778 ədəd olmuşdur. POS-terminalların 11 735-i Bakı şəhərində, 1 043-ü isə digər regionlarda yerləşir. Ölkə üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 7,7% artaraq 4,535 milyon ədədə çatmışdır. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4, 071 milyon ədəd olmuşdur. Onlardan 93,6%-i debet kartlarının payına düşür. |






