| Cari ilin ilk on ayında əhalinin əmanətlərinin həcmi 3,675 milyard manat təşkil edib |
|
|
|
|
Mərkəzi Bankın mətbuat xidmətinin verdiyi məlumatda bu ilin noyabr ayının 1-ə olan məlumata əsasən, Azərbaycanın kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8 707,8 milyon manata bərabər olub. Burada əhalinin əmanətlərinin səviyyəsi 2010-cu ilin analoji dövrü ilə müqayisədə 27,3% artaraq 3,675 milyard manat təşkil edib. Hesabat dövründə banklara qoyulan əmanətlərin 1 823,3 milyon manatı (49,6%) manatla, 1 851,7 milyon manatı (50,4%) isə xarici valyuta ilə cəlb edilmişdir. |






