| Noyabrın 1-ə Azərbaycanda bankomat və POS-terminalların sayı barədə məlumat açıqlanıb |
|
|
|
|
Cari ilin noyabrın 1-ə olan məlumata əsasən, respublikada olan bankomatların sayı 2012-cu ilin analoji dövrü ilə müqayisədə 205 ədəd artaraq 2 073 ədəd təşkil edib. Bankomatların 1 154-ü Bakı şəhərində, 919-u isə digər şəhər və rayonlarda yerləşir. Hesabat dövründə ölkə üzrə POS-terminalların sayı 12 477 ədəd olmuşdur. POS-terminalların 11 463-ü Bakı şəhərində, 1 014-ü isə digər regionlarda yerləşir. İlin ilk on ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 4 471 min ədədə çatmışdır. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 063 min ədəd olmuşdur. Onlardan 93,7%-i debet kartlarının payına düşür. |






