|
Mərkəzi Bankın mətbuat xidmətinin verdiyi məlumata əsasən, noyabrın 1-ə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşları keçən ilin eyni dövründəkindən 7,8% çox olmuş və 9 776,2 milyon dollar təşkil etmişdir.
Kreditlərin 32,9%-i və ya 3 212,5 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 884,5 milyon manat (29,5%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 385,3 milyon manatı (3,9%), sənaye və istehsalın payına isə 582,9 milyon manatı (6%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 298,4 milyon manatı və ya 3,1%-i, kənd təsərrüfatı və emalına 484,2 milyon manatı və ya 5%-i, inşaat və əmlak sahəsinə 750,1 milyon manat (7,7%), digər sahələrə isə 46,4 milyon manatı və ya 0,5%-i yönəldilib.
Hesabat dövründə kreditlərin 3 103,4 milyon manatı (31,7%) qısamüddətli, 6 672,7 milyon manatı (68,3%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3 270,9 milyon manat (33,5%), özəl banklar tərəfindən 6 253,7 milyon manat (64%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 251,5 milyon manat (2,6%) kredit qoyulmuşdur.
Kreditlərin 6 150,2 milyon manatı və ya 62,9%-i manatla, 3 625,9 milyon manatı və ya 37,1%-i xarici valyuta ilə verilmişdir. Kredit qoyuluşlarının 626,5 milyon manatı (6,4%) vaxtı keçmiş kreditlərin payına düşüb.
|