Menyu

Warning: Parameter 1 to modMainMenuHelper::buildXML() expected to be a reference, value given in /homepages/0/d295714647/htdocs/aba/libraries/joomla/cache/handler/callback.php on line 99

Son Xəbərlər

Warning: Creating default object from empty value in /homepages/0/d295714647/htdocs/aba/modules/mod_latestnews/helper.php on line 109

Home Xəbərlər
ABA-da kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə ikinci iclas keçirilib PDF faylını al Çap E-poçt

Sentyabrın 27-də keçirilən iclasda Kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupunun 2012-2013-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib.

İclası giriş sözü ilə açan İşçi Qrupunun sədr müavini, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin rəisi Ramil Mahmudov bütün iştirakçıları salamlayaraq sözü tədbirin xüsusi qonaqları olan MasterCard-ın Türkiyə nümayəndəliyinin təmsilçiləri – Cem Kibaroğlu və Hakan Açara verib.

İclasda çıxış edən qonaqlar ödəniş kartları sahəsində mövcud vəziyyət, Türkiyədə bu sahədə görülən işlər, bu sahədə meydana çıxan problemlərin aradan qaldırılması yolları və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırıb və iclas iştirakçılarının suallarını cavablandırıblar.

Daha sonra çıxış edən İşçi Qrupunun sədr müavini Ramil Mahmudov Azərbaycanda ödəniş kartları sahəsində fırıldaqçılıq hallarının olduğunu və bununla mübarizədə ölkədə fəaliyyət göstərən bütün maliyyə qurumlarının səylərinin gücləndirilməsinin zəruriliyini bəyan edib.

İclasın sonunda İşçi Qrupunda iştirak edən bankların, kart prosessinq təşkilatlarının və hökumət qurumlarının nümayəndələri tərəfindən 2012-2013-cü illər üzrə Fəaliyyət Planı ətraflı müzakirə olunub və təsdiq edilib.

Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib PDF faylını al Çap E-poçt

Görüş zamanı AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankla AYİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayan E.Rüstəmov bildirib ki, hazırda AYİB-nın Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr uğurla həyata keçirilib.

Öz növbəsində AYİB-in maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseyman təmsil etdiyi qurumun ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, Mərkəzi Bankın qlobal maliyyə böhranı şəraitində bank sektoruna yaxından dəstək olduğunu vurğulayaraq görülən anti-krizis tədbirlərinin və “post-krizis” hədəflərinin realizasiyası bank sektorunun sabitliyinə və dayanıqlığına imkan verdiyini bildirib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə AYİB arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mərkəzi Bank və “Ernst&Young” audit şirkətinin birgə təşkilatçılığı ilə seminar keçirilir PDF faylını al Çap E-poçt

Seminarın mövzusu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) “Maliyyə alətləri” adlı 9-cu standartların əsas prinsipləri”-dir.

Seminarda MHBS-in “Maliyyə alətləri: tanınma və qiymətləndirmə” adlı 39-cu standartının 2015-ci ildən “Maliyyə alətləri” adlı 9-cu standartla (MHBS 9) əvəz edilməsi, o cümlədən yeni MBHS 9 standartının tətbiqi nəticəsində maliyyə aktivləri üzrə mövcud uçot və hesabatlığa dair məsələlər əhatə olunacaq. Həmçinin seminarda maliyyə aktivlərinin təsnifləşdirmə, qiymətləndirmə metodikası, risklərin açıqlanması tələbləri, və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların qiymətləndirilməsi metodologiyasında mühüm dəyişikliklərə dair məsələlər də müzakirə olunacaq.

Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib PDF faylını al Çap E-poçt

Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

E. Rüstəmov bildirib ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında Mərkəzi Bank fəal iştirak etmişdir. Onun sözlərinə görə, makroiqtisadi sabitliyin keşiyində dayanan və iqtisadiyyatın inkişafına strateji dəstək verən müasir dövlət təsisatlarından biri kimi Mərkəzi Bankın fəaliyyəti hər bir iqtisadi sistemin yekun hədəfi olan sosial rifah səviyyəsinin yüksəlməsinə xidmət edir. İnflyasiya aşağı səviyyədə qorunur, milli valyutanın sabitliyi və bankların iqtisadi inkişafa maliyyə dəstəyi təmin edilir, müasir ödəniş sistemləri fəaliyyət göstərir və maliyyə xidmətlərinin keyfiyyəti artırılır.

Ötən il ərzində ödəniş sistemlərinin sabit fəaliyyəti və inkişafı da Mərkəzi Bankın fəaliyyətinin başlıca prioritetlərindən biri olmuşdur. Məqsədyönlü islahatlar nəticəsində elektron ödəniş sistemləri inkişaf etdirilir. Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sistemi formalaşdırılır, xəzinə infrastrukturları optimallaşdırılır.

İclası yekunlaşdıraraq ümumilikdə 2011-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqlayıb. O bildirib ki, müasir mərhələdə Mərkəzi Bank fundamental strateji çağırış qarşısındadır və bunlar Bankın institusional potensialının daha da müasirləşdirilməsini tələb edir. Mərkəzi Bankın növbəti strateji planlaşdırma mərhələsinə daxil olduğunu qeyd edən E.Rüstəmov bildirib ki, bu mərhələdə AMB tərəfindən həyata keçiriləcək layihələr Mərkəzi Bankın institusional təkmilləşdirilməsi və modernləşməsinə xidmət edəcəkdir.

Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyini təmin edən yeni mexanizmləri inkişaf etdirmək məqsədilə qlobal miqyasda formalaşan yeni standartları əsas götürəcəkdir. 2012-ci ildə də bank sisteminin tənzimlənməsi və nəzarət çərçivəsinin ən son beynəlxalq təcrübə və standartlar əsasında köklü müasirləşdirilməsi başlıca prioritet olacaqdır.

Mərkəzi Bankın başlıca strateji vəzifələrindən biri Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının işlənməsində və reallaşdırılmasında fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına öz töhfəsini verməkdir.

Yeni strateji dövrdə Mərkəzi Bankın əsas funksiyaları ilə yanaşı, missiyaya xidmət edən digər funksiyalarının da əsaslı müasirləşdirilməsi qarşıya məqsəd qoyulmuşdur. İnsan kapitalının inkişafı qarşıdakı illər üçün də əsas vəzifələrdən biri olacaqdır.

Mərkəzi Bankın 20 illiyi qeyd edilib PDF faylını al Çap E-poçt

Bununla bağlı keçirilən tədbirdə çıxış edən qurumun rəhbəri Elman Rüstəmov bu müddət ərzində Mərkəzi Bankın nailiyyətlərini iştirakçıların diqqətinə çatdırıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında bildirib ki, Mərkəzi Bank ölkədə dayanıqlı bank sisteminin formalaşmasında, ödəniş sisteminin müasirləşməsində, elektron bankçılıq təcrübəsinin tətbiqində, iqtisadiyyatın nağd pulla fasiləsiz təmin olunmasında, nəhayət insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll etmişdir.

Bundan başqa, 20 illik fəaliyyəti dövründə Mərkəzi Bank üç böyük böhran sınağından uğurla çıxmışdır. Belə ki, Mərkəzi Bankın hökumətlə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində 1993-1994-cü il transformasiya böhranı, 1998-ci il Asiya və 2008-ci il qlobal maliyyə böhranları zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin dayanıqlığı qorunmuş, iqtisadi inkişafa zəruri dəstək verilmişdir.

E.Rüstəmov qeyd edib ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər fonunda Mərkəzi Bankın qarşısında duran vəzifələr də mürəkkəbləşir, yeni hədəflər yaranır. Mərkəzi Bankın başlıca missiyası qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq və ölkənin iqtisadi inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, mühüm dövlət institutu olaraq Mərkəzi Bank bundan sonra da ölkənin iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Warning: Illegal string offset 'active' in /homepages/0/d295714647/htdocs/aba/templates/bizrule_ii/html/pagination.php on line 129

Warning: Illegal string offset 'active' in /homepages/0/d295714647/htdocs/aba/templates/bizrule_ii/html/pagination.php on line 135

« BaşlamaqƏvvəlki123456789NövbətiAxırıncı »

Səhifə 1 > 9
Bəner

Bank xəbərləri

Dünya xəbərləri

TƏNZİMLƏMƏ xəbərləri