Home
"Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" Кonfrans PDF faylını al Çap E-poçt

24 iyun 2010 il

27 may 2010-cu il tarixdə Azərbaycan Banklar Assosiasiyası Avropa Banklar Federasiyasının dəstəyi ilə "Regionlararası  bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" mövzusunda Beynəlxalq Konfrans və 28 may tarixdə Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin illik yığıncağını keçirmişdir.


Foto


Məruzələr

Anna Abalkina

Vladimer Papava

Falco Christopher

Guido Ravoet

Oleg Preskin

Robert Mundell

Eldar Ismaylov

Jean-Jacques Rommes

 

 
"Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" Кonfrans keçirmişdir. PDF faylını al Çap E-poçt

17 may 2010-cu il

27 may 2010-cu il tarixdə Bakı şəhərində "Regionlararası  bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Konfransda beynəlxalq maliyyə əməkdaşlığı perspektivləri və maliyyə-bank sistemlərinin inteqrasiyasında maliyyə mərkəzlərinin rolu müzakirə olunacaq. Konfransın məruzəçiləri sırasında 1999-cu ildə iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı, Kolumbiya Universitetinin professoru cənab Robert A. Mandel də yer almışdır.

Konfransın ardınca - 28 may 2010-cu il tarixində isə Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin illik yığıncağı keçiriləcək.

Hər iki tədbirə Avropa Banklar Federasiyasına üzv assosiasiyaların prezidentləri, həmin ölkələrdə fəaliyyət göstərən iri bankların, maliyyə strukturlarının nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı, QKDK, yerli bankların və digər maliyyə təşkilatlarının rəhbər şəxsləri dəvət ediliblər.

 

 
Əməkdaşlıq üzrə razılaşma PDF faylını al Çap E-poçt

9 oktyabr 2009

9 oktyabr 2009 – cu ildə ABA və Asiya və Sakit okean regionunun İnkişaf Maliyyə İnstitutları Assosiasiyası arasında əməkdaşlıq haqında saziş imzalanmışdır (ASİMİA). Saziş ABA–nın Prezidenti Eldar İsmayılov və ASİMİA–nın  Baş Katibi Oktavio Peralta ilə imzalanıb.

 
Bakıda Konfrans PDF faylını al Çap E-poçt

5 oktyabr 2009 il

13-16 oktyabr 2009-cu il tarixində Bakıda MDB-yə üzv dövlətlərin “Birlik dövlətlərinin maliyyə və bank sistemlərinin dayanıqlılığının artırılması” mövzusunda II Bakı Beynəlxalq bank Konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və MDB İcraiyyə Komitəsinin dəstəyilə MDB Maliyyə-Bank Şurasıdır (MDB MBŞ).

 
Banklar Asosiasiyasının İzahlı Lüğəti PDF faylını al Çap E-poçt

2 oktyabr 2009 il

ABA – nın icra aparatının əməkdaşları yaxın zamanlarda Banklar Terminlərinin Azərbaycan dilində İzahlı Lüğətinin əsas işlərinin yekunlaşdırılmasını planlaşdırırlar.  Onu da qeyd etmək lazımdır ki, bu nəşr bu gün ki günə belə nəşrlər arasında ilk təcrübədir.

 
« BaşlamaqƏvvəlki12NövbətiAxırıncı »

Səhifə 1 > 2
Bəner

Online Kimdir

Hal-hazırda :
 6 qonaqlar saytdadır