Strateji PlanÖlkəmizin dinamik inkişafı bank sektorunda da sistemli və sürətli islahatlar aparılmasını, o cümlədən yeni bank texnologiyalarının tətbiqini, yeni xidmət növlərinin göstərilməsini, təsərrüfat subyektlərinin bank-maliyyə dövriyyəsinə mümkün qədər daha geniş cəlb olunmasını ehtiva edir. Bu vəzifələrin uğurla yerinə yetirilməsindən ötrü kommersiya bankları üçün ümumi sayıla biləcək problemlərin birgə həllinə, onların dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə, beynəlxalq maliyyə institutları ilə daha fəal işgüzar əlaqələr qurmasına ehtiyac vardır. Milli Bank ölkənin bank sisteminin formalaşmasında, onun bazar idarəetmə alətləri ilə və inzibati üsullarla tənzimlənməsi sahəsində əhəmiyyətli uğurlar əldə etmişdir. Bununla belə, yeni dövr qarşıya yeni vəzifələr qoyur. Bu gün bank sektorunda özünüinkişaf mexanizmlərinin tətbiqi əvvəlki dövrlərə nisbətən daha aktualdır. Assosiasiyanın missiyası (əsas məqsədi) ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ortaq maraqlarını dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etməkdən və üzv-təşkilatların özünüidarə prinsipi əsasında dinamik inkişafına effektiv yardım göstərməkdən ibarətdir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Banklar Assosiasiyasının başlıca vəzifəsi özünüinkişaf mexanizmlərinin yaradılması və təkmilləşdirilməsidir. Bununla bağlı, ABA-nın institusional inkişafını sürətləndirərək, ölkə iqtisadiyyatında aparılan islahatlarda onun rolunu gücləndirmək obyektiv zərurətə çevrilmişdir. 2007-2011-ci İllərdə əsas Fəaliyyət İstiqamətləri yükləmək |
|
|
|



