Home Haqqımızda Beynəlxalq əlaqələr

REGİONAL ƏMƏKDAŞLIQ

AVROPA BANKÇILIQ FEDERASİYASI (ABF)

Azərbaycan Banklar Assosiasiyası 2008-ci ilin mart ayından ABF-in Assosiativ üzvüdür. Mərkəzi iqamətgahı Brüssel şəhərində (Belçika) yerləşən ABF öz sıralarında Avropanın 40-dan artıq ölkəsindən olan bank assosiasiyalarını birləşdirir.

BEYNƏLXALQ BANK ŞURASI (BBŞ)

Azərbaycan Banklar Assosiasiyası 2007-ci ilin sentyabr ayından MDB, Şərqi və Mərkəzi Avropa ölkələri Beynəlxalq Bank Şurasının üzvüdür. Mərkəzi iqamətgahı Moskva şəhərində (Rusiya Federasiyası) yerləşən BBŞ-nin 10 üzv-təşkilatı vardır.

GUAM ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIQ

ABA-nın təşəbbüsü ilə 2007-ci ilin dekabr ayın-da Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat - GUAM üzvü olan ölkələrin bank assosiasiyaları Əməkdaşlıq haqqında dördtərəfli Saziş imzalamışlar. Sazişə uyğun olaraq, 2008-ci ilin may ayında GUAM ölkələri banklar assosiasiyalarının Koordinasiya Şurası yaradılmışdır və hazırda fəaliyyət göstərir.

İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ

Azərbaycan Banklar Assosiasiyası bir sıra dövlətlərin müvafiq qurumları ilə, o cümlədən:

Gürcüstan Banklar Assosiasiyası (9 iyun 2004),

Rusiya Regional Banklar Assosiasiyası (7 oktyabr 2004),

Yunanıstan Banklar Assosiasiyası (5 aprel 2005)

Şimali Kipr Banklar Assosiasiyası (29 iyul 2005),

Belarus Banklar Assosiasiyası (8 iyun 2007),

Ukrayna Banklar Assosiasiyası (11 iyun 2007),

Latviya Kommersiya Bankları Assosiasiyası (21 avqust 2007),

Moldova Banklar Assosiasiyası (10 dekabr 2007),

Qazaxıstan Banklar Assosiasiyası (24 aprel 2008),

Qırğızıstan Banklar Assosiasiyası (24 aprel 2008),

Özbəkistan Banklar Assosiasiyası (24 aprel 2008),

Tacikistan Banklar Assosiasiyası (24 aprel 2008),

ilə əməkdaşlıq sazişləri bağlamışdır.

 

 
Bəner