|
|
|
"Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" Кonfrans keçirmişdir. |
|
|
|
|
17 may 2010-cu il

27 may 2010-cu il tarixdə Bakı şəhərində "Regionlararası bank əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Konfransda beynəlxalq maliyyə əməkdaşlığı perspektivləri və maliyyə-bank sistemlərinin inteqrasiyasında maliyyə mərkəzlərinin rolu müzakirə olunacaq. Konfransın məruzəçiləri sırasında 1999-cu ildə iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı, Kolumbiya Universitetinin professoru cənab Robert A. Mandel də yer almışdır.
Konfransın ardınca - 28 may 2010-cu il tarixində isə Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin illik yığıncağı keçiriləcək.
Hər iki tədbirə Avropa Banklar Federasiyasına üzv assosiasiyaların prezidentləri, həmin ölkələrdə fəaliyyət göstərən iri bankların, maliyyə strukturlarının nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı, QKDK, yerli bankların və digər maliyyə təşkilatlarının rəhbər şəxsləri dəvət ediliblər.
|
|
Əməkdaşlıq üzrə razılaşma |
|
|
|
|
9 oktyabr 2009

9 oktyabr 2009 – cu ildə ABA və Asiya və Sakit okean regionunun İnkişaf Maliyyə İnstitutları Assosiasiyası arasında əməkdaşlıq haqında saziş imzalanmışdır (ASİMİA). Saziş ABA–nın Prezidenti Eldar İsmayılov və ASİMİA–nın Baş Katibi Oktavio Peralta ilə imzalanıb. |
|
5 oktyabr 2009 il

13-16 oktyabr 2009-cu il tarixində Bakıda MDB-yə üzv dövlətlərin “Birlik dövlətlərinin maliyyə və bank sistemlərinin dayanıqlılığının artırılması” mövzusunda II Bakı Beynəlxalq bank Konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və MDB İcraiyyə Komitəsinin dəstəyilə MDB Maliyyə-Bank Şurasıdır (MDB MBŞ). |
|
Banklar Asosiasiyasının İzahlı Lüğəti |
|
|
|
|
2 oktyabr 2009 il

ABA – nın icra aparatının əməkdaşları yaxın zamanlarda Banklar Terminlərinin Azərbaycan dilində İzahlı Lüğətinin əsas işlərinin yekunlaşdırılmasını planlaşdırırlar. Onu da qeyd etmək lazımdır ki, bu nəşr bu gün ki günə belə nəşrlər arasında ilk təcrübədir. |
|
|
|
|
|
|
Səhifə 1 > 2 |