Home Организации Журнал Банки и Бизнес

 

“Banklar və Biznes” Jurnalı


“Banklar və Biznes” jurnalı 2003-cü ildə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təsis edilmişdir.

Jurnalın maraq dairəsi respublikanın maliyyə sektorunun bank, sığorta, lizinq, birja və digər müvafiq istiqamətlərini əhatə edir.

Maliyyə sektorunun bu və ya digər sahələrində mövcud vəziyyət və inkişaf tendensiyaları haqqında oxuculara təqdim olunan təhlillər, maliyyəçilər üçün nəzərdə tutulan konsaltinq xarakterli materiallar jurnalın sektorda peşəkar məlumat mənbəyi olaraq güclü mövqe qazanmasını təmin etmişdir. Jurnal dövlət qurumları – Prezident Administrasiyası, Nazirlər Kabineti, Mərkəzi Bank, iqtisadi blok nazirliklər, komitələr və özəl strukturlar – banklar, sığorta, lizinq, broker şirkətləri, birjalar və digər maliyyə şirkətlərində, Dövlət İqtisad Universitetində və digər universitetlərin iqtisadi fakültələrinin tələbə və müəllim heyəti arasında yayılır.Jurnalın oxucu auditoriyası maliyyəçi mütəxəssisləri, o cümlədən, bankirləri, sığortaçıları, maliyyə brokerlərini və lizinq mütəxəssislərini əhatə edir.

Oxucu auditoriyasının əsasını 30-45 yaşlı, ali təhsilli, orta və yüksək gəlirli insanlar təşkil edir.

Jurnalın tirajı – 3500 nüsxə.

Dövrülük - ildə 6 say (İki aydan bir).

Format - A4

 
Баннер