| AMB pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə bəyanat yayıb |
|
|
|
|
Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-ci ildə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri kimi əsas diqqəti iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldəcək. Mərkəzi Bankdan verilən məlumatda cari ildə Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlıq nümayiş etdirdiyi, milli iqtisadiyyatda sabitliyin hökm sürdüyü və artım proseslərinin davam etdiyi bildirilir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişlidir, strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyədədir. Hazırda iqtisadi artım tamamən qeyri-neft sektorundan qaynaqlanır. İnflyasiya optimal idarə olunur və təkrəqəmli səviyyədədir. Makro-maliyyə sabitliyinin mühüm lövbəri olan manatın mübadilə məzənnəsi stabildir. Bank sektoru yüksək maliyyə dayanıqlığına malikdir. Maliyyə resurslarına çıxış genişlənir və təşviq olunur, nəticədə iqtisadiyyata kredit qoyuluşlarının artımı davam edir. Dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın kredit reytinqi yüksəldilmişdir. Növbəti ildə makroiqtisadi sabitliyin qorunması, maliyyə sabitliyinin təmin olunması və maliyyə vasitəçiliyinin dərinləşməsi pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini təşkil edəcək. 2011-ci ildə Azərbaycan iqtisadiyyatı artmaqda və inkişaf etməkdə davam etmişdir. Qlobal böhranın əsasən təsadüf etdiyi 2009-2011-ci illərdə orta iqtisadi artım 5% olmuşdur. 2011-ci ilin ötən 11 ayında isə qeyri-neft sektoru 9,5% artmışdır. O cümlədən qeyri-neft sənayesində 11,7%, ticarətdə 9,9% və xidmətdə 22,2% artım olmuşdur. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi ötən illə müqayisədə yaxşılaşmışdır. Cari ilin 11 ayında əhalinin nominal pul gəlirlərinin 19,2%, ev təsərrüfatlarına bank kreditlərinin isə 21,7% artımı daxili tələbin artmasına müsbət təsir etmişdir. Nəticədə uzunmüddətli istifadə əşyalarının istehlakı artmışdır. İnvestisiya tələbi də genişlənmiş, ötən 11 ayda investisiya qoyuluşları 28,3%, o cümlədən qeyri-neft sektorunda 39% artmışdır. Cari ildə tədiyə balansına ixrac qiymətlərinin yüksəlməsi, xarici maliyyə axınlarının artması müsbət təsir etmişdir. 2011-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə ixracı 34% artaraq 26,8 mlrd. $-a, xidmət ixracı isə 26,4% artaraq 1,9 mlrd. $-a çatmışdır. Nəticədə cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 20,4% yüksələrək 14,4 mlrd. $ təşkil etmişdir. Bu da kapital hesabının kəsirini örtərək ehtiyat aktivlərini 10,4 mlrd.$ artırmışdır. Strateji valyuta ehtiyatları 1 dekabr 2011-ci il tarixinə 42 mlrd. $-a çatmış və ÜDM-in 65%-ni ötmüşdür. Strateji valyuta ehtiyatları 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ildə 60%-dən çox artaraq 10,5 mlrd.$-ı ötmüşdür. Daxili tələbdəki meyilləri və xarici amilləri nəzərə alaraq 2011-ci ildə Mərkəzi Bank öz mandatına uyğun antiinflyasiya xarakterli pul siyasətini həyata keçirmişdir. Mərkəzi Bank ilin əvvəlindən uçot dərəcəsini 2 dəfə dəyişərək 3%-dən 5,25%-ə qaldırmışdır. Eyni zamanda bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması 0,5%-dən 3%-ə qaldırılmışdır. Ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi, habelə təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Milli Ödəniş Sistemi infrastrukturu vasitəsilə ödənişlərin həcmi 2011-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.3% artmışdır. Hazırda bankların və “Azərpoçt” MMC-nin Bakı şəhəri və 50-dən çox rayonu əhatə edən ödəniş məntəqələrinin sayı 1700-ü ötmüşdür. Nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədilə pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminal şəbəkəsinin genişləndirilməsi və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının artırılması üzrə tədbirlər davam etdirilmişdir. 2011-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 7,2%, quraşdırılmış bankomatların sayı 11,2%, POS-terminalların sayı 62,3% artmışdır. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 mln. manat məbləğində sosial ipoteka verilmişdir. İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilmişdir. 2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 2000 nəfərə 77 mln. manat məbləğində ipoteka krediti verilmişdir. Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 mln. manat) faydalanan ailələrin sayı 8750-ə çatmışdır. İpoteka kreditləri üzrə portfel sağlam olmuş və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməmişdir.1.4. Maliyyə sabitliyi siyasəti və bank sektorunun maliyyə vasitəçiliyi 2011-ci ildə bank sistemində maliyyə sabitliyi qorunmuş, sektorun institusional inkişafı davam etmişdir. Bank sisteminin kapital adekvatlığı və likvidlik göstəriciləri məqbul səviyyədə saxlanılmışdır. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənmiş, iqtisadiyyatın kreditləşdirilməsi davam etdirilmişdir. Bank sektorunun potensial riskləri vaxtında tənzimlənmişdir. Sektorda restrukturizasiya tədbirləri davam etdirilmişdir. 2011-ci ildə potensial riskləri və bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə almaqla risk əsaslı prudensial nəzarət çərçivəsinin formalaşdırılması davam etdirilmişdir. Yeni makroiqtisadi vəziyyətdə bankların daha təmkinli və sağlam aktivliyinin təmin olunması üçün zəruri nəzarət rejimi və alətləri tətbiq edilmişdir. Kapitallaşma proqramları davam etdirilmiş, kapital tələbi ilə bağlı yeni normativin tətbiqinə başlanılmışdır. Bütün bunlar bank sisteminin sabit və dayanıqlı fəaliyyətinin təmin edilməsinə, əhalinin və investorların etimadının qorunmasına yönəldilmişdir. Eyni zamanda banklarda idarəetmə potensialının gücləndirilməsinə, aktivlərin sağlamlaşdırılmasına, maliyyə ehtiyatlanması səviyyəsinin artırılmasına, risklərin tənzimlənməsinə yönəlmiş tədbirlər davam etdirilmişdir. Bank sisteminin maliyyə dayanıqlığı təmin edilmiş, bank aktivlərinin keyfiyyət göstəriciləri məqbul həddə qorunmuşdur. Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi 6,5% təşkil etmişdir ki, bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. Bank sistemi optimal gəlirliyini qorumuş və investisiya cəlbediciliyini saxlamışdır. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir. Ötən 11 ayda likvid aktivlər ümumi aktivlərin 14.3%-i həddində olmuşdur. Bank sektoru potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapital səviyyəsinə malikdir. Kapitalın adekvatlıq göstəricisi 12%-lik normaya qarşı 15,8% təşkil edir. İlin əvvəlindən bankların məcmu kapitalının artımı 8% təşkil etmişdir. Sektorun xarici mövqeyi dayanıqlıdır və yaxşılaşıb. Son 3 ildə özəl bank sektorunun xarici borcu 2 dəfə azalıb. Stress-testlər göstərir ki, bank sektoru riskləri absorbasiya etmək və dayanıqlığı qorumaq potensialına malikdir. 2011-ci ildə bank sisteminin maliyyə vasitəçiliyi dərinləşməkdə davam etmişdir. Ötən 11 ayda kredit qoyuluşları 7.5%, bank aktivləri 10,7%, əhalinin əmanətləri 26,4% artmışdır. Dövr ərzində müddətli depozitlərin 22,1% artması bank sisteminə inamın yüksəlməsini xarakterizə edir. Dollarlaşma səviyyəsi isə (xarici valyutada depozitlərin geniş pul kütləsində payı) son bir ildə 4 faiz bəndi aşağı düşmüşdür. Ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi, habelə təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Milli Ödəniş Sistemi infrastrukturu vasitəsilə ödənişlərin həcmi 2011-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3% artmışdır. Hazırda bankların və “Azərpoçt” MMC-nin Bakı şəhəri və 50-dən çox rayonu əhatə edən ödəniş məntəqələrinin sayı 1 700-ü ötmüşdür. Nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədilə pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminal şəbəkəsinin genişləndirilməsi və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının artırılması üzrə tədbirlər davam etdirilmişdir. 2011-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 7,2%, quraşdırılmış bankomatların sayı 11,2%, POS-terminalların sayı 62,3% artmışdır. Maliyyə sektorunun regional əhatə dairəsinin və bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam etmişdir. 2011-ci ilin 11 ayında 23 yeni bank filialı açılmışdır ki, bunun da 13-ü regionların payına düşür. Hazırda bank filiallarının 49%-dən çoxu regionlarda yerləşir. İpoteka kreditləşməsi cari ildə də iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 mln. manat məbləğində sosial ipoteka verilmişdir. İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilmişdir. 2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 2 000 nəfərə 77 mln. manat məbləğində ipoteka krediti verilmişdir. Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 mln. manat) faydalanan ailələrin sayı 8 750-ə çatmışdır. İpoteka kreditləri üzrə portfel sağlam olmuş və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməmişdir. 2012-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti banklarda sağlamlaşdırma tədbirlərinin davam etdirilməsinə və risklərin preventiv qaydada tənzimlənməsinə yönəldiləcəkdir. Bu məqsədlə, prudensial nəzarətin post-krizis dövrünün tələblərinə və ən son qlobal çağırışlara uyğunlaşdırılması təmin olunacaqdır. Risklərə davamlılığının artırılması üçün nəzarət mexanizmləri vasitəsilə bankların mövcud makroiqtisadi vəziyyətə adekvat davranışı və maliyyə ehtiyatlanması səviyyəsinin yüksəldilməsi təşviq olunacaqdır. Bu kontekstdə, banklarda, xüsusilə sistem əhəmiyyətli banklarda aktivlərin keyfiyyəti ilə bağlı risk mövqeləri, likvidlik və sağlamlaşdırma tədbirləri diqqət mərkəzində saxlanılacaqdır. Kapital adekvatlığının “sağlam” zonada saxlanılması və “leverec” (bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti göstəricisidir) əmsalının səviyyəsinin gözlənilməsi təmin ediləcəkdir. Erkən xəbərdarlıq sistemlərinin, stress-testlərin potensialının təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir. Maliyyə sabitliyi üzrə əsas hədəflərə nail olunması və Bazel-III standartları ilə harmonizasiya məqsədilə prudensial nəzarət çərçivəsi təkmilləşdiriləcəkdir. Bank kapitalının kəmiyyət və keyfiyyətinin artırılması çərçivəsində kapitalın “konservativ buferi”nin tətbiq edilməsi və kapitalın sabit mənbələrinin rolunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcəkdir. Qısamüddətli likvidlik mövqeyinin daha təkmil idarə olunması üçün Bazel-III standartlarının təklif etdiyi yeni likvidlik normativinin tətbiqi də istisna edilmir. Eyni zamanda maliyyə itkilərinin tanınması üzrə Maliyyə Hesabatlığının Beynəlxalq Standartları ilə yaxınlaşmaya nail olunması (qlobal səviyyədə əldə olunacaq konsensus çərçivəsində) diqqətdə saxlanılacaqdır. |






