Home Новости Azərbaycanda yaxın vaxtlarda uçot dərəcəsinin yüksəldilməsi gözlənilmir
Azərbaycanda yaxın vaxtlarda uçot dərəcəsinin yüksəldilməsi gözlənilmir PDF Печать E-mail

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov uçot dərəcəsinin qaldırılması üçün zəmin görmədiyini bildirib. Dərəcəni yüksəltməyə zərurət olmadığı, çünki bunun real sektorun inkişafını zəiflədə biləcəyi ifadə edilib.

Qeyri-neft sektorunda mövcud olan artım tempinin saxlanılmasının vacibliyi ifadə edilib. Bu səbəbdən Mərkəzi Bank uçot dərəcəsini yüksəltməyi məqsədəuyğun hesab etmir. Ölkədə birrəqəmli inflyasiya saxlanılır və bu hələlik uçot dərəcəsini sabit saxlamağa yaxşı imkan yaradır.

Xatırladaq ki, cari ilin may ayından ölkədə uçot dərəcəsi illik 5,25% təşkil edir.

 
Баннер